Yeni Zelandiyadan fələstinlilərə HUMANİTAR YARDIMbackend

Yeni Zelandiyadan fələstinlilərə HUMANİTAR YARDIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiya Qəzza zolağı və İordan çayının qərb sahilindəki fələstinlilərə daha 3 milyon dollarlıq humanitar yardım göndərəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Uinston Piters məlumat verib.

Yeni Zelandiya hökumətinin internet saytında dərc edilmiş bəyanatda Piters bildirib ki, 3 milyon Dollar məbləğində yeni maliyyə paketi “Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu və Ümumdünya Ərzaq Proqramı arasında bərabər bölünəcək”.

Nazir həmçinin İsrail hökumətini “Qəzza zolağında humanitar yardımın paylanmasına yardım etməyə” və Fələstin anklavında və İordan çayının qərb sahilində çalışan xeyriyyə təşkilatlarının əməkdaşları üçün vizaların alınması prosesini sadələşdirməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 7-dən bəri rəsmi Velinqton Fələstinə humanitar yardım almaq üçün təxminən 6,2 milyon dollar vəsait ayırıb.