Yenidən qapanma olacaq? – Açıqlamabackend

Yenidən qapanma olacaq? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkədə koronavirusa yoluxma dinamikasında artım müşahidə olunur. Bu səbəbdən aktiv xəstə sayı da yenidən artmağa başlayıb. Ötən gün isə yoluxma sayının 2000-i keçməsi vətəndaşların bir qədər də narahatlığına səbəb olub.

Bu cür vəziyyət yenidən qapanmalara gedilib-gedilməyəcəyi sualını ortaya çıxarıb.

Bəs görəsən yoluxma sayının artmasının qarşısını almaq üçün yenidən qapanmalara getməyə ehtiyac varmı?

NOCOMMENT xəbər verir ki, bu barədə  Milli Məclisin deputatı Fazil Mustafa danışıb. Deputat qeyd edib ki, hər kəs fərdi qaydada özünü qorumalıdır:

“Qapanmalara ehtiyac yoxdur, hər kəs fərdi qaydada özünü qorumalıdır. Amma vətəndaşlar özlərini qorumurlar. Yoluxma sayı bir balaca aşağı enir, maskanı çıxarırlar, rahat gəzirlər. Hamı arxayınlaşır, bu da artıma səbəb olur. Mən həmişə demişəm, bu, bir mədəniyyət məsələsidir. Yəni cəmiyyətin mədəni səviyyəsi ilə bağlı məsələdir. Cəmiyyət özünü qorumasa qanunla, qapanmayla nəyisə tam həll etmək mümkün deyil. Bunlar hamısı formal xarakter daşıyır. Ona görə də, bu kimi məsələlər insanların özünə qalır. Bu cür vəziyyətdə hər kəs özünü qorumalıdır. Artım da bununla bağlıdır”.

Fazil Mustafanın sözlərinə görə, insanlar cərimə yazılmadığındanarxayınlaşdıqları üçün maska taxmırlar: “Məsələn, küçədə görürsən ki, bir 30 nəfərdə maska varsa, 50 nəfər də maskasızdır. Buna görə cərimə də yoxdur, əvvəlki kimi heç bir vətəndaşa küçədə maskaya görə cərimə yazılmır. Arxayındır ki, heç kim yoxlamayacaq. İndi hər şeyi yoxlamaq, hər şeyə görə cərimə yazmaq olmaz axı. Gərək insanlar buna əməl etsin, məsuliyyətli davransın. Əməl etmədikləri müddətdə bu çətinlik olacaq”.

Azxəbər