Gəncədə 17 yaşlı yeniyetmə yanıq xəsarətləri alıb.
NOCOMMENT.az xəbər verir ki, 2009-cu il təvəllüdlü T. Şükürov bədənin müxtəlif nahiyyələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, adıçəkilən şəxs bayram çərşənbəsində yandırılan tonqalda xəsarət alıb.
Onun müalicəsi davam edir. /Qafqazinfo/












