Yeniyetmə dəm qazından ZƏHƏRLƏNDİbackend

Yeniyetmə dəm qazından ZƏHƏRLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda baş verib.

Belə ki, 2012-ci il təvəllüdlü Məmmədzadə Vidadi Namid oğlu hamam otağında dəm qazından zəhərlənib.

Zərərçəkən dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.