Yens Stoltenberq: “NATO-nun mövcudluğunun artırılması ilə bağlı heç bir müraciət olmayıb”backend

Yens Stoltenberq: “NATO-nun mövcudluğunun artırılması ilə bağlı heç bir müraciət olmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Finlandiya Rusiya ilə sərhəddə miqrasiya vəziyyəti ilə əlaqədar Şimali Atlantika Alyansının respublika ərazisində mövcudluğunun artırılmasını xahiş etməyib. Bunu NATO-nun baş katibi Yens Stoltenberq blokun xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasının birinci gününün yekunları üzrə mətbuat konfransında deyib.

“NATO-nun mövcudluğunun artırılması ilə bağlı heç bir müraciət olmayıb”, – deyə baş katib bildirib.

Bundan əvvəl Yle xəbər vermişdi ki, Finlandiya Rusiya Federasiyası ilə sərhəddəki bütün sərhəd keçidlərini ölkədən sığınacaq istəyən şəxslər üçün iki həftə müddətinə bağlamaq qərarına gəlib. Hətta ölkənin şimalında hazırda fəaliyyət göstərən yeganə “Raya-Jooseppi” keçid məntəqəsi də bağlanacaq