Yer kürəsində maqnit qasırğası başlayıb, narahatlıq yaradacaq? – Mütəxəssis AÇIQLADIbackend

Yer kürəsində maqnit qasırğası başlayıb, narahatlıq yaradacaq? – Mütəxəssis AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə Yer kürəsində maqnit qasırğası başlayıb, onun intensivliyi orta səviyyədədir. 

 

NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz Telegram kanalında məlumat verib.

 

“Planetimiz ardıcıl ikinci gündür ki, maqnit qasırğası ilə günə başlayır. Bu gün, avqustun 29-da, səhər saat dörddən sonra geomaqnit sahəsinin pozulmasının səviyyəsini əks etdirən Kp indeksinin dəyəri 5 vahidi keçib ki, bu da maqnit qasırğasının başlandığını göstərir. Onun intensivliyi zəif və orta, sinif G1-G2 arasında dəyişir”, – sinoptik yazıb.

 

Leus vurğulayıb ki, maqnit qasırğasının daha da güclənməyəcəyi və yaxın saatlarda dayanacağı gözlənilir.

 

 

“Phobos” mütəxəssisi həmçinin bildirib ki, cümə axşamı bu səbəblə havanın temperaturu yenə də iqlim normasından 5-6 dərəcə yüksək olacaq.

 

Bir gün əvvəl alimlər xəbərdarlıq etmişdilər ki, maqnit qasırğası metohəssas insanlarda baş ağrısı və huşun itirilməsi ilə halı ilə nəticələnə bilər.