Yer kürəsində su tükənir – 2000-ci ildən bəri…backend

Yer kürəsində su tükənir – 2000-ci ildən bəri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İsveçrədən olan bir qrup alim Yer kürəsinin bir çox regionlarında qrunt suların tükənməsinin sürətinə diqqət çəkib.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər 40-dan çox ölkədə yerləşən 170 000 quyudan milyonlarla yeraltı su səviyyəsinin ölçülməsini təhlil edib və suyun səviyyəsindəki dalğalanmaların xəritəsini tərtib ediblər.

Nəticələr göstərib ki, qrunt sularının səviyyəsi 2000-ci ildən bəri yüksəldiklərindən daha çox yerlərdə aşağı düşüb.

Bir çox bölgələrdə bu rəqəm hər il 50 santimetrdən çox azalır. Bu, Əfqanıstan, Çili, Çin, Hindistan, İran, Meksika, Mərakeş, Səudiyyə Ərəbistanı, İspaniya və ABŞ-nin cənub-qərbində baş verir.