Yeralaş-ın bədii rəhbəri koronavirusdan vəfat edibbackend

Yeralaş-ın bədii rəhbəri koronavirusdan vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeralaş” satirik kinojurnalının bədii rəhbəri Boris Qraçevski koronavirusdan vəfat edib.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Yəhudi İcmaları Federasiyası İctimai Şurasının rəhbəri Borux Qorin bildirib.

Boris Qraçevski ötən ilin dekabr ayının sonunda ağır vəziyyətdə Moskvanın 52 saylı xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, Qraçovski, həmçinin, rejissor, ssenari müəllifi kimi də məşhur idi. O, “Çardaq”, “Notlar arasında, yaxud Tantrik simfoniyası” filmlərinin, eyni zamanda “Sosial Reklam” layihəsinin müəllifidir. Bununla yanaşı, Qraçevski bir neçə sənədli filmi ekranlaşdırıb.