Yerevan merinin keçmiş müavininə qarşı ittiham irəli sürülübbackend

Yerevan merinin keçmiş müavininə qarşı ittiham irəli sürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı Yerevanın merinin keçmiş müavini Vaqe Nikoyana və meriyanın tabeliyindəki şirkətin sabiq direktoru Qevork Akopyana qarşı ittiham irəli sürülüb.

NOCOMMENT erməni mətbuatına istinadən xəbər verir ki, Nikoyana və Akopyana qarşı ittihamlar bir cinayət işi çərçivəsində irəli sürülüb. Lakin söhbətin hansı cinayət işindən getdiyi açıqlanmır. Müstəntiq onların həbsi haqqında vəsatət qaldırıb.

Xüsusi İstintaq Xidmətində həmçinin bildiriblər ki, yaxın vaxtlarda ittihamlar üzrə əlavə məlumat yayılacaq.