Yerevanda etirazçılar yolu bağlayıblar, onlarla aksiyaçı saxlanılıbbackend

Yerevanda etirazçılar yolu bağlayıblar, onlarla aksiyaçı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Yerevanın iki prospektini bağlayıblar.

NOCOMMENT Sputnik Armenia-ya istinadən məlumat verir ki, polis yolu açmağa cəhd göstərir. Aksiyanı dağıtmaq üçün hərbi bölmələr də cəlb edilib.

Onlarla aksiyaçı hadisə yerindən polis şöbəsinə aparılıb.

Onların arasında Ermənistan parlamenti Aparatının keçmiş rəhbəri Ara Saqatelyan, separatçıların nümayəndəsi Tiqran Abramyan, keçmiş deputat Miqran Akopyan və başqaları da var. Etirazçılar küçələri avtomobillərlə bağlayıblar. Polis əməkdaşları evakuatorların yardımı ilə yolu açmağa başlayıb.