Yerin atmosferi özünü təmizləməyə başlayıbbackend

Yerin atmosferi özünü təmizləməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyanın Milli Su və Atmosfer Tədqiqatları İnstitutundan bir qrup alimin araşdırması nəticəsində məlum olub ki, Yerin atmosferi tərkibindən müxtəlif çirkləndiriciləri daha effektiv şəkildə çıxarmağa başlayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki,  bu barədə tədqiqat “Nature Communications” (NatComms) elmi jurnalında dərc olunub.

Son 33 ildə aparılan araşdırmanın nəticəsi göstərib ki, Cənub yarımkürəsində atmosferin özünü təmizləmə qabiliyyəti əhəmiyyətli dərəcədə artıb.

Yeni Zelandiyada 14CO konsentrasiyası hər il 12%, Antarktidada isə yay aylarında 43% azalıb. Bu da öz növbəsində atmosferin oksidləşmə qabiliyyətinin artdığını göstərir.