Məlum olduğu kimi, Azərbaycan Sialhlı Qüvvələri fevralın 13-də keçirdiyi “Qisas əməliyyatı” ilə bundan əvvəl sərhəddə baş verən və bir əsgərimizin yaralandığı erməni təxribatına cavab verib. Həmin əməliyyat nəticəsində təxribatın törədildiyi ərazidəki “Yerkrapa” terror təşkilatının 4 üzvü məhv edilib, bir neçəsi yaralanıb.
NOCOMMENT.az “azpolitika.info”ya istinadən xəbər verir ki, bu hadisə ilə bağlı “Yerkrapa”-nın sədri Sasun Mikaelyan “Azadlıq” radiosuna açıqlama verib.
Mikaelyan bildirib ki, ölənlərin dördü də onun başçılıq etdiyi “hərbi təşkilatın” üzvləri olub. O, qeyd edib ki, erməni yaraqlılarını Azərbaycan snayperləri məhv edib:
“Faktla bağlı araşdırma aparılır. Bircə onu deyə bilərəm ki, dördü də snayper işidir”.
Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə Nazirliyi sərhəddə baş verən təxribatdan sonra Azərbaycan Sialhlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində məhv edilən ermənilərin adlarını açıqlayıb. Bunlar Arutyunyan Eduard Hamletoviç (1974-cü il), Manukyan Qaqik Varazdatoviç (1982-ci il), Ambartsumyan Arsen Qagik (1979-cu il), Oqanesyan Qraçya Talışeviçdir(1957-ci il).
Xatırladaq ki, “Yerkrapa” terror təşkilatı Birinci Qarabağ müharibəsində döyüşən erməni yaraqlıları və terrorçuları tərəfindən yaradılıb.