Yerli İcra Hakimiyyətlərinin zədələnmiş nüfuzunu necə bərpa etmək olar?backend

Yerli İcra Hakimiyyətlərinin zədələnmiş nüfuzunu necə bərpa etmək olar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər respublikanın şəhər və rayon İcra Hakimiyyətləri və onların tabeliyindəki inzibati ərazi dairəsi üzrə İcra Nümayəndələrinin vəzifə səlahiyyətlərindən istifadə edərək yol verdikləri qanun pozuntuları və korrupsiya faktları ilə aşkar edilərərk həbs olunmaları cəmiyyət tərəfindən birmənalı qarşılanmadı.

Dövlət Təhlükəsizlik Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsin keçirdikləri müxtəlif əməliyyatlar nəticəsində ayrı-ayrılıqda 5 İcra Başçısı və 10-dan artıq İcra Nümayəndəsi vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, rüşvət alma maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilərərk həbs edildi.

Bütün bunlar eyni zamanda ölkə rəhbərliyinin göstərdiyi böyük etimadın doğrulmaması və qarşıya qoyulan dövlətçilik maraqlarına zidd fəaliyyətdən xəbər verir. Aşkar edilən faktlar isə proseslərin davamlı və mütamadi şəkildə baş verdiyindən xəbər verir.

Nəticədə dövlət və dövlətçiliyə vurulan zərər ictimaiyyətə də öz mənfi təsirini göstərir. İnsanların haqqlarını tapdalayaraq, onların hüquqların kobud şəkildə pozulması bir başa dövlətin təməlinə vurulan zərbədir.

Bəs nə etməli?

Uzaq keçmişdə olmayan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin təcrübəsi bu istiqamətdə tətbiq oluna biləcək optimal variantlardan biridir. Belə ki, aşkar edilmiş hallar həticədə Milli təhlükəsizlik naziri və komandası vəzifədən uzaqlaşdırılaraq həbs edildi, qurumun özü isə ləğv edildi. Bu ictimai nüfuzu zədələnmiş bir təşkilat üçün ən uyğun və doğru addım idi.

Daha sonra ictimaiyyətdə zədələnmiş nüfuzu malik bir dövlətin təhlükəsizliyini qoruyan təşkilatın yenidən fəaliyyəti əvəzinə, yeni, sağlam və sadiq bir komanda bazasında Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı. Bütün bunlar isə PR texnologiyası konsepsiyasında baş vermiş ən doğru addımlar idi.

Eyni halı hesab edirəm Mərkəzi və Yerli İcra Hakimiyyətləri strukturunda da tətbiq etmək lazımdır. Ötən bir neçə ay ərzində baş verənlər, Prezident Administarsiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun və onun komandasının görəvdən alınması böyük bir təmizləmə işinin başlanğıcından xəbər verirdi.

İldən ilə güclənən Azərbaycanın yeni, müasir və innovativ təfəkkürlü dövlət və dövlətçilik prinsiplərinə sadiq kadrlara ehtiyacının təmin olunması vaxtıdır. Bunun üçün isə uzun illər yığılıb qalmış, zəhərlənmiş zehniyyətlərdən, korrupsiyalaşmış sistem qurmuş insanlardan qurtulmaq lazımdır. Son dövr ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən kadr siyasəti bu məsələyə nikbin baxmağa ümid verir.

Bəs görəsən zədələnmiş İcra Hakimiyyətləri strukturunun imicini, korporativ nüfuzunu necə bərpa etmək olar?

Təklif edərdim, Sovet rejimindən qalmış İcra Hakimiyyətləri orqanları ləğv edilərək, dünya təcrübəsinə müraciət edilsin, inkişaf etmiş ölkələrin daha müasir və çevik idarə edilə bilən strukturu yaradılsın. Bir sözlə bu qurumların rebrendinqinə ciddi ehtiyac var. Bütün bunların möhkəm hüquqi bazası ilə yanaşı institusional bazası da olmalıdır ki, həmin qurumların rəhbərləri bu prinsiplər əsasında seçilməli və ya təyin olunmalıdır.

Əminəm ki, ictimaiyyətdə çox da müsbət imici olmayan Yerli İcra Hakimiyyəti orqanlarının nüfuzunun bərpası üçün bu addım öz töhvəsni verəcək.

İlham Məmmədov 
NOCOMMENT.az