Yermak: London görüşü gələcək məsləhətləşmələrin razılaşdırılması ilə başa çatıbbackend

Yermak: London görüşü gələcək məsləhətləşmələrin razılaşdırılması ilə başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna, Böyük Britaniya, Fransa və Almaniya nümayəndələrinin Londonda keçirilən görüşü bəyannamələrin qəbulu və gələcək məsləhətləşmələr haqqında razılaşma ilə başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak öz Telegram kanalında məlumat verib.

“Biz sülhə nail olmaq üçün növbəti müntəzəm məsləhətləşmələr barədə razılığa gəldik”, – deyə o vurğulayıb.

Yermak əlavə edib ki, məsləhətləşmələrdə iştirak edənlər ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərinə sadiq olduqlarını vurğulayıblar.