Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Rusiyanı yalnız güc tətbiq etməklə dayandırmağın mümkün olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
Yermakın sözlərinə görə, Rusiya hərəkətləri münaqişənin eskalasiyasına yönəlib və Moskva döyüş əməliyyatlarını dayandırmaq və sülhə nail olmaq istəmir.
“İstənilən eskalasiya yalnız güc tədbirləri ilə dayandırıla bilər”, – deyə ukraynalı rəsmisi vurğulayıb.