Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüş keçirib və deyib ki, Ukrayna Rusiyaya qarşı əməliyyatlar keçirməyə “məcburdur”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Yermakın Teleqram kanalında məlumat verilib.
“Vaşinqtonda komandamla birlikdə ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşdüm <…> Rusiya könüllü atəşi dayandırmasa, biz əməliyyatlar keçirməyə və onların hərbi potensialını məhv etməyə məcbur olacağıq”, – o yazıb.
Onun sözlərinə görə, tərəflər cəbhədəki vəziyyəti, İstanbuldakı görüşlərin nəticələrini, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin vacibliyini və Ukraynaya müdafiə yardımını müzakirə ediblər.