Yevlaxda avtoxuliqanlıq edən şəxs həbs edilibbackend

Yevlaxda avtoxuliqanlıq edən şəxs həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan report-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyinə görə “Opel” markalı avtomobilin sürücüsü C.Həsənov saxlanılaraq şöbəyə gətirilib.

Yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.