Yıxılana balta vuran AzTV və “siyasi elita”mız – Gündəmə gəlmək uğrunda vuruşanlarbackend

Yıxılana balta vuran AzTV və “siyasi elita”mız – Gündəmə gəlmək uğrunda vuruşanlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə aprel ayından hökm sürən pandemiya ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın karantinlə bağlı qərarlarını heçə saylb övladına dəbdəbəli toy edən məmurların cəzalandırılması xalqın gözləntisi idi.

NOCOMMENT.az xəbər verir ki, Ramiz Mehdiyevin kürəkəni İlhаm Əliyevin bu gün məhkəmə qərarı ilə həbs edilməsi, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilməsi və digər iştirakçıların məsuliyyətə cəlb edilməsi Azərbaycan Prezidentinin iradəsi və xalqın səsi idi. Yəqin ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın da cəzalandırılması diqqətdən kənarda qalmayacaq.

Azərbaycanın bəzi siyasi elitası və ictimai siyasi xadimləri bu kimi hallarda sərbəst fikir və iradə nümayiş etdirmək əvəzinə gözləmə mövqeyi tuturlar. Sanki ölkə başçısı cənab İlham Əliyevin çıxışını və ya mövqe nümayiş etdirməsini gözləyirlər və bundan sonra da gündəmə gəlmək uğrunda sanki bir-biriləri ilə yarışırlar.

Hansı ki, onlar ilk olaraq dövlətçilik baxımından bu mövqelərini və münasibətlərini nümayiş etdirməli, bu kimi halları kimliyindən asılı olmayaraq qınamalı və bütün məsuliyyəti ölkə başçısının üzərinə atmalı deyillər. Elə bil hakimiyyət daxilində hansısa qüvvələr və klanlar ilə münasibətləri körlamamağa üstünlük verirlər. Bu adamların zatən heç bir zaman sərbəst mövqeyi və fikirləri olmayıb və bu kimi hadisələrdə də bir daha mövqesizliklərini nümayiş etdirirlər.

Hələ axşam TV kanallarımızda bu kimi millət vəkilləri, siyasətçi və politoloqların populist çıxışlarını izləmək də var.

Eyni mövqeyi bu gün AzTV kanalı da sərgilədi. Bəzi media orqanları və TV kanallar sərbəst material hazırlayaraq baş verənləri qınasalar da, rəhbəri Əli Həsənovun yetişdirməsi olan Rövşən Məmmədovun kanalı məhkəməyə qədər süküt edərək məhkəmədən sonra sanki cuşa gəldi. İndi də bütün mediada AzTV süjetləri nümayiş etdirilməkdədir.

Həmçinin bir sıra ictimai-siyasi xadimlər və Millət vəkilləri də artıq TV kanallarda və onlayın mediada açıqlama vermək uğrunda yarışa başlayıblar.

Bu kimi sərbəst mövqeyi və fikri olmayan məmurlardan və “siyasi elita”dan nə xalq udacaq, nə də mövcud iqtidar.

Qeyd edək ki, bu gün Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni İ.Əliyevin və qudasının inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə qərarına əsasən, o və qudası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib, hərəsi 15 sutka müddətinə inzibati qaydada həbs ediliblər. Onlar karantin rejimi qaydalarını pozaraq toy etdiklərinə görə cəzalandırılıblar.

NOCOMMENT.az