Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.
Belə ki, rayonun Tapqaraqoyunlu kənd sakini 1956-cı il təvəllüdlü V.Alışov idarəetdiyi “Mersedec” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını bölücü səki yan daşlarına çırpılıb. Qəza zamanı xəsarət alan olmasada avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.