Yol polisi deputatı saxladı – Güzəşt olmayacaq…backend

Yol polisi deputatı saxladı – Güzəşt olmayacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Yol Polisinin əməkdaşları ötən gün axşam Milli Məclisin deputatı Razi Nurullayevin idarə etdiyi avtomobili saxlayıb.

Razi Nurullayev
Razi Nurullayev

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı millət vəkili özünün sosial hesabında paylaşım edib. R.Nurullayevin saxlanılmasına səbəb kimi avtomobilin arxa işıqlarından birinin işləməməsi göstərilib.

Deputat yol polisinin onu saxlamasından və onunla davranışından narazı qalıb.

“Bu nömrə nişanı (foto əlavə olunur – red) Dövlət Yol Polisinin maşınıdır. Yol polisi əməkdaşı özünü Kərimov Nurlan kimi təqdim etdi. Saat 22.50.

Birincisi, maşının arxasınca düşüb saxlamaq nə deməkdir? Quldur qovur bu, yoxsa oğru? Özünü təqdim etmir. Sənəd tələb edir. Deyirəm ki, əlində planşet var, gir orada bax. Baxır.

Deyirəm mən deputatam, bu da həyat yoldaşım. Bizi niyə saxladın? Deyir ki, arxa fara yanmır, axı deyəsən. Baxırıq yanır. Nömrə üzərinə düşən işıq zəifdir.

Deyir, mütləq sənəd verin. Verdik. Gedib 5 dəqiqəyə gəlir və deyir ki, rəis deyir ki, o, deputatdırsa sənəd göstərsin. Sözün və filmin sonu.

Bu məsələdə, hörmətsizlik və qanunsuzluq edən polis nəfərlərinə güzəşt olmayacaq. Gözləyirəm”