Yol qəzasında 20 nəfər öldübackend

Yol qəzasında 20 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika Respublikasının Limpopo əyalətində yol qəzası baş verib.

NOCOMMENT.az yerli mətbuata istinadən xəbər verir ki, işçiləri daşıyan avtobus yük maşını ilə toqquşub və yanğın başlayıb.

Qəza nəticəsində 20 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Limpopo Nəqliyyat və İcma Təhlükəsizliyi Departamentindən verilən açıqlamada polisin qəza ilə bağlı araşdırmanı tamamladıqdan sonra ictimaiyyətə məlumat verəcəyi açıqlanıb.

Mədən işçilərinin işlədiyi “Murray and Roberts” şirkətindən verilən açıqlamada ölən işçilərin yaxınlarına maddi dəstək veriləcəyi bildirilib.