Yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar varbackend

Yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaş rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

NOCOMMENT.az bildirir ki, bu barədə Report-un Qərb bürosu xəbər verir.

Məlumata görə, rayonun Nehrəxəlil kəndində “Mercedes” və “VAZ” markalı minik avtomobillərinin toqquşması zamanı 1971-ci il təvəllüdlü Rahilə Əhmədova, nəvəsi, 2008-ci il təvəllüdlü Rahilə Əhmədova və 1984-cü il təvəllüdlü Seymur Əhmədov ölüb. Ölənlər “VAZ-2107” markalı avtomobilin sürücüsü, onun anası və qızıdır.

Hadisə zamanı habelə Dursun İsmayılova, Xəqan Əlizadə, Təbriz Əhmədov, İqbal Sabirli xəsarət alıblar.