Yol qəzasında həlak olan məşhur MÜĞƏNNİLƏRbackend

Yol qəzasında həlak olan məşhur MÜĞƏNNİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış müğənni Aslan Hüseynovun bu gün ağır yol qəzasında ölməsi sənətçini yaxından tanıyanların hamısnıda təəssüf hissi doğurub.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, Aslan Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində özünün idarə etdiyi BMW markalı avtomobillə qarşıda hərəkət edən “KamAZ” markalı yük avtomobilinə çırpılıb və hadisə yerində ölüb.

Onun vaxtilə ifa etdiyi “İgidlər” mahnısı gənclər arasında çox populyar idi.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, Aslan Hüseynov sənət aləminin yol qəzasında həlak olan ilk nümayəndəsi deyil.

Bundan əvvəl də bir çox tanınmış ifaçılar yol qəzası zamanı həlak olublar.

2005-ci il dekabrında avtomobil qəzası nəticəsində həlak olan müğənni Şəfa Hüseynova çoxlarının yaddaşında “Geri dön” və “Sevgi qatarı” mahnıları ilə qalıb.

Məşhur reper Hüseyn Dərya 2014-cü ilin martında idarə etdiyi maşınla qəzaya düşmüş, nəticədə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişmişdi. Hüseyn Dərya “Keyf elə” və digər mahnıları ilə məşhurlaşmışdı.

Televiziya tamaşaçılarının “Yeni ulduz 2” müsabiqəsindən tanıdığı gənc müğənni Rəcəb Musayev 2011-ci ilin yanvarında yol qəzası keçirmiş və ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılmışdı. Amma onun da həyatını xilas etmək mümkün olmamışdı. Rəcəb “Ana, əsgər gedirəm” mahnısı ilə populyarlaşmışdı.