Yol qəzasından sonra partlayış: 11 ölübackend

Yol qəzasından sonra partlayış: 11 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tailandda magistral yolda baş verən yol qəzası nəticəsində 2-si uşaq olmaqla 11 nəfər ölüb.

NOCOMMENT-in verdiyi məlumata görə, Mittraphap şossesində saatda 100 kilometr sürətlə hərəkət edən avtomobil mediaya çırpılıb.

Qəzadan sonra baş verən partlayış nəticəsində avtomobil yanıb, sürücü də daxil olmaqla içərisində olan 12 nəfərdən 11-i dünyasını dəyişib.

Qəzada ölənlərdən 2-nin uşaq olduğu, yaralanan 20 yaşlı gəncin isə Si Khiu xəstəxanasına aparıldığı qeyd edilib.

Qəzadan sonra başlayan yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

Bildirilib ki, avtomobil Amnat Çaoren şəhərindən Nakhon Pathoma gedib.