Yollarda cərimələr ən çox nəyə görə yazılır?backend

Yollarda cərimələr ən çox nəyə görə yazılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 1 565,7 min olub.

Dövlət Statistika Komitəsindən NOCOMMENT-ə verilən məlumata görə, xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 15,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,1 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,9 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 4,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Altı ay ərzində qaydaların pozulmasına görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.