Yollarda sürət həddi endirildibackend

Yollarda sürət həddi endirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən NOCOMMENT.az -a verilən məlumata görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər həmçinin meterioloji amilləri nəzərə alsınlar.