Yollarda tıxac yarandı – SİYAHIbackend

Yollarda tıxac yarandı – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində sıxlıq olan yolların siyahısını açıqlayıb.

NOCOMMENT.az siyahını təqdim edir:

Bakı-Sumqayıt şosesi – Xırdalan dairəsindən başlayaraq 20 Yanvar dairəsi istiqaməti,

Binəqədi şosesi – Əsasən, Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində,

Babək prospekti – Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi və Heydər Əliyev prospekti istiqamətində,

Qara Qarayev prospekti – “Koroğlu” metrostansiyası istiqamətində,

Zabrat şosesi – Zabrat dairəsindən, əsasən, Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində,

Mikayıl Əliyev küçəsi-Heydər Əliyev prospekti – köməkçi yol,

Yavər Əliyev küçəsi – Aeroport şossesinə çıxan yol,

Həsən bəy Zərdabi prospekti – 20 Yanvar dairəsinə düşən hissəsi.