Yolu bağlayanlar “Salyan Aqro Park”ın işçiləri imiş: Maaş verilmirbackend

Yolu bağlayanlar “Salyan Aqro Park”ın işçiləri imiş: Maaş verilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 30-da bir qrup şəxs Salyanda magistral yolu bağlayaraq etirazlarını bildirmişdilər.

NOCOMMENT.az musavat.com-a istinadla xəbər verir ki, yolu bağlayan şəxslər Salyan Aqro Park Pambıq Emal Zavodunda çalışan qadınlar olub.
Onlar uzun müddətdir əmək haqlarını ala bilmədiklərinə etiraz ediblər. İşçilər iki aydır pambıq sahələrində çalışsalar da maaş ala bilməyiblər. Onlar dəfələrlə rəhbərliyə müraciət etsə də problemlərini həll edən olmayıb.
İşçilər də etiraz əlaməti olaraq yolu bağlayaraq rəsmi qurumların diqqətini bu problemə çəkməyə çalışıblar.