Yoluxanların yeni STATİSTİKASIbackend

Yoluxanların yeni STATİSTİKASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 824 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 872 nəfər müalicə olunaraq sağalıb, 9975 nəfər vəfat edib, aktiv xəstə sayı 280 nəfərdir.

Son sutka ərzində 2043, hazırkı dövrədək isə 7 365 617 test aparılıb.