Yoluxma artdı: Metro bağlanacaq? – Açıqlamabackend

Yoluxma artdı: Metro bağlanacaq? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkədə koronavirusa yoluxma sayında kəskin artım müşahidə edilir. Bu isə Bakı metrosunun yenidən bağlanması ilə bağlı məsələni gündəmə gətirib.

NOCOMMENT xəbər verir ki, axar.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun bağlanması ilə bağlı onlara tapşırıq verilməyib: “Metronun fəaliyyətinin dayandırılması Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Bizə hazırda metronun bağlanması ilə bağlı hansısa məlumat verilməyib. Yoluxma hallarının artmaması üçün bizim də gördüyümüz işlərin arxasında sərnişinlərin sosial məsuliyyətinin artırılması dayanır. Biz buna görə onlara hansısa cərimələr tətbiq edə bilmərik, yalnız çağırışlarla sosial nəzarəti gücləndirə bilərik. Bundan başqa hər stansiya üzrə gündəlik monitorinqlərimizi də aparırıq. Sərnişinlərin qaydalara riayət etməsi üçün bütün mümkün imkanlardan istifadə edilir. Sərnişinlərin üzərinə də böyük məsuliyyət düşür. Burada aktiv fəaliyyət və ictimai qınaq olmasa, bizim gördüyümüz tədbirlər o qədər də effektli nəticə verməyəcək”.

Bəxtiyar Məmmədov mövcud vəziyyətlə əlaqədar təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı metro stansiyalarının girişində növbə yaranmaması üçün sərnişinlərə müraciət edib: “Biz stansiyaların girişində istiqamətləndiricilər qoyuruq və davamlı olaraq polislər və metro işçiləri çağırışlar edirlər ki, sərnişinlər sosial məsafəni qorusun. Burada daha çox məsuliyyət sərnişinin üzərinə düşür. Sərnişinlər anlayışla qarşılamalıdırlar ki, hər bir şəxs fərdi qaydada yoxlanılmalıdır və sosial məsafə saxlanılmalıdır. Yoxlama tədbirlərimizin hamısı sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçündür”.