Yoluxma artsa, distant təhsilə keçiləcəkbackend

Yoluxma artsa, distant təhsilə keçiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pandemiyanın sürprizləri çox olub, proqnozlaşdırmaq çətindir. Amma biz bu iki ildə təhsilin koronavirus şəraitində idarəsi ilə əlaqədar təcrübə topladıq”.

NOCOMMENT xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, bu il yoluxma sayı artarsa, qismən məhdudlaşma tətbiq oluna bilər: “Biz yoluxmanın indikindən qat-qat çox olduğu yanvar-fevral aylarında məktəbləri bağlamadıq. Payız aylarında yoluxma sayı artarsa, ayrı-ayrı siniflər müvəqqəti distant təhsilə keçə bilər. Amma məktəblərin tamamilə bağlanmasına az ehtimal verirəm”.