Yorğunluqdan xilas edən qidalarbackend

Yorğunluqdan xilas edən qidalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər sübut ediblər ki, ən sadə qidalar təkcə yorğunluğu aradan qaldırmır, eyni zamanda uzun ömürə sahib olmağa kömək edir.

NOCOMMENT.az xəbər verir ki, B12 vitamininin azlığı ağır ürək çatışmazlığına, anemiyaya səbəb olur ki, bu da yorğunluq və halsızlıqla nəticələnir. Məhz bu kimi problemlərin qarşısını almaq üçün mütəxəssislər B12 vitamini ilə zəngin qidalara üstünlük verməyi məsləhət görürlər.

Dr. Joş Aks bu simptomlarla mübarizə aparmağa kömək edəcək qidaları açıqlayıb.

B12 vitamini ilə zəngin olan qaraciyər bizim üçün faydalı olan qidalar siyahısına liderlik edir. İkinci sırada isə omeqa-3 və B12 tərkibli sardina balığı dayanır.

Təbii yolla həm B12, həm də D vitamini qəbul etmək istəyirsinizsə qida menyunuzdan somonu əskik etməyin.

Yorğunluğa müsbət təsir edən qidalardan biri də pendirdir. Bu ləzzətli qida B2, B12 vitaminləri ilə zəngin və əsl kalsium mənbəyidir.