“Yörük qızılgülü” qoparmağın cəzası 248 min lirədirbackend

“Yörük qızılgülü” qoparmağın cəzası 248 min lirədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toros dağlarının sidr meşələrini ilin 10 günü az qala çəhrayı rəngə boyayan pion (Paeonia Turcica) çiçəyini qoparanlara 244 min lirə cərimə tətbiq edilir.

Adında “türk” sözü ilə diqqət çəkən, Anadolu torpaqlarına xas olan Paeonia Turcica, Antalyada “Yörük gülü”, “Ayı gülü” və “Meşə gülü” adlandırılır.

2016-cı ildə Antalyanın Aksu rayonunda “Çiçək və uşaq” mövzusu ilə keçirilən “EXPO 2016 Antalya”nın həm də simvol çiçəyi olan pion, Toros dağlarının sidr meşələrində təbii şəkildə yayılır.

NOCOMMENT xəbər verir ki, ildə 10 gün çiçək açan və sidr meşələrini az qala çəhrayı rəngə çevirən pion ağacları Təbiəti Mühafizə və Milli Parklar qrupları tərəfindən qorunur.

Çiçəyin təbii şəkildə yayıldığı əraziləri foto tələlərlə izləyən və daim patrul xidməti həyata keçirən qruplar, endemik çiçəyi qoparanlara müvafiq qanun çərçivəsində 244 min lirə cərimə tətbiq edirlər.

Likiya yolunu gəzən turistlər üçün xüsusilə maraqlı olan çiçəyin yayılma sahəsinin son illərdə görülən tədbirlərlə artdığı bildirilir.