“Yox” sözünü deməyi bacarın – Psixoloqlarbackend

“Yox” sözünü deməyi bacarın – Psixoloqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Psixoloqlar bildiriblər ki, “yox” deməyi bacarmaq lazımdır.
NOCOMMENT Medicina-ya istinadən xəbər verir ki, bəzən insanlar bizdən çox da ciddi olmayan bir şeyi pozmağımızı xahiş edirlər.
Məsələn, rəsmi mövqeyimizdən istifadə etmək, yollarda sürət həddini aşmaq və s. Unutmayın, qaydaları və qanunları pozmaq həmişə ciddidir və buna görə də “yox” deməlisiz.
Bu kateqoriyaya həm də sizin ixtisas sahənizə aid olmayan şeylər üçün sorğular daxildir. Bu işdə pissən, nə edə biləcəyinizə əmin deyilsiniz? “Yox” deməkdən çəkinməyin.
Bəzən insanlar bizdən müəyyən hisslər, davranışlar gözləyirlər. Ancaq bu hissləri yaşamırsınızsa, qəti şəkildə “yox” demək düzgün olacaq. Lazım gələrsə, imtinanızın səbəblərini açıq şəkildə izah edin.
Sağlamlığınıza təhlükə yarada biləcək müraciətlər də cavabsız qalmalıdır.
Bundan əlavə, heç kimin etik inanclarınızı pozmasına icazə verməməlisiniz. Tutaq ki, siz manipulyasiyaya, yalan danışmağa, qeyri-etik davranışa, oyun qaydalarını pozmağa, istər biznes olsun, istərsə də münasibətlərə qarşısınız, amma sizdən belə bir şey tələb olunur.
Yox deyin və reaksiya barədə düşünməyin.
Siz “yox” dedikdən sonra insanların nə düşündüyü sizi narahat etməməlidir.