YPG terrorçuları ABŞ və Fransa hərbçilərinin onlara təlim keçdiyini etiraf ediblərbackend

YPG terrorçuları ABŞ və Fransa hərbçilərinin onlara təlim keçdiyini etiraf ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hərbçilərinin Suriya və İraqda saxladıqları YPG-yə mənsub terrorçular Fransa və ABŞ-nin onlara təlim keçdiyini etiraf ediblər.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Yeni Şafak” nəşrində dərc olunan materialda bildirilib.

Materialda həmçinin qeyd edilib ki, ərazidə terrorçulara təlimlər keçirilən xüsusi düşərgə var.

Bundan başqa, ABŞ-nin bölgədəki terrorçulara kamikadze PUA-lar göndərməsi də yayılan məlumatlar sırasındadır.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin Suriya və İraqdakı terrorçuları silahlandırmasına dair informasiya yayılmışdı.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada prosesin diqqətlə izlənildiyi diqqətə çatdırılmışdı.