YPX qəza törətdi: polis xəsarət aldıbackend

YPX qəza törətdi: polis xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti avtomobili qəzaya düşüb.

NOCOMMENT xəbər verir ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirilib ki, qəzadan əvvəl tunelin içərisi yuyulub: “YPX avtomobili tuneli yumaq üçün su daşıyan maşınla toqquşub. Nəticədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Niftulla İlham oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır”.

Faktla bağlı araşdırma aparılır.