Yevlaxda avtomobilin çəkisinin normativə uyğun olduğu deyilib, lakin sürücü Ucarda artıq yük olduğu bildirilərək 600 manat cərimə olunub.
NOCOMMENT.az xəbər verir ki, “Xəzər Xəbər”ə müraciət edən iritutumlu yük avtomobilinin sürücüsü Natiq Həsənov iddia edir ki, Ucar rayonu ərazisində yerləşən tərəzidə avtomobildə olan yükün çəkisi səhv ölçülüb və o, cərimə olunub.
Xezerxeber.azın məlumatına görə, sürücü dedir, həmin yerdə dəfələrlə yoxlanışdan keçsə də, ilk dəfədir ki, belə halla rastlaşıb.
İddiasına görə, başqa tərəzilərdə çəki az göstərilib. Ancaq Ucar rayonundakı tərəzidə yükün çəkisinin artıq olduğu bildirilib.
Sürücünün şikayəti ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən yük nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi nəqliyyat vasitələrinin oxlarının sayından asılı olaraq müəyyən olunur. Bu məsələ Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə tənzimlənir. Nəqliyyat vasitəsinin icazə verilən ümumi çəkisi sözügedən qərara əlavə olunmuş 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır. Qərarda təsbit olunan meyarların hamısı, yəni bütün parametrlər elektron tərəzilərin alqoritmində əks olunub. Nəqliyyat vasitələri elektron tərəzilərdən keçərkən həmin alqoritmlər əsasında ölçmə aparılır. Müvafiq parametrləri aşan yük nəqliyyat vasitələrinin sürücüləri barəsində hər hansı bir fiziki təmas olmadan, real vaxt rejimində inzibati tənbeh tədbirlərinin görülməsi təmin edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.