Türkiyədə Sivasın Koyulhisar rayonunda yük maşını ikinci mərtəbədəki evin divarına çırpılıb.
NOCOMMENT xəbər verir ki, qəza nəticəsində ağır xəsarət alan sürücüyə tibbi yardım göstərilib. Onun idarə etdiyi yük maşını Orta Mahalle Üçyol məhəlləsində yol kənarındakı 2 mərtəbəli evin divarına çırpılıb. Məlumatın verilməsindən sonra hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları göndərilib. Qəzada ağır yaralanan M.G Köyülhisar Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Sivasa aparılıb.