Yük maşını YPX avtomobilinə çırpıldı – VİDEObackend

Yük maşını YPX avtomobilinə çırpıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Sumqayıt yolunda qəza baş verib.

NOCOMMENT xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

İlkin məlumatlara görə, yük avtomobili ilə Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin avtomobili toqquşub.

Hadisə nəticəsində ölən və yaralananlar yoxdur.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev açıqlamasında hadisəni təsdiqləyib: “Yol-nəqliyyat hadisəsi Bakı-Quba yolunun 15-ci kilometrliyində baş verib. “Tatra” markalı yük avtomobili dayanmış vəziyyətdə olan YPX avtomobilinə çırpılıb. YPX avtomobili zərbənin təsirindən yol kənarındakı dəmir arakəsmələrə çırpılıb. Yük avtomobilinin sürücüsünün verdiyi ilkin məlumata görə, qəzaya səbəb maşının əyləc sisteminin işləməməsi olub. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib”.