Kanadanın Toronto şəhərinin qərbində yük maşınından düşən pətəklər çaxnaşmaya səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, 5 milyon arının dağıdılması ilə əlaqədar piyadalara və sürücülərə xəbərdarlıq edilib.
Hadisə yerinə gedən məmurlardan Rayan An arıların ətrafda uçduğunu və qarşılaşdığı mənzərənin diqqətçəkən olduğunu bildirib. Rayan An hadisə yerinə gələn arıçının arılar tərəfindən bir neçə dəfə sancıldığını bildirib.
Polis piyadaları ərazidən uzaq durmağa, sürücülərə isə avtomobillərinin şüşələrini bağlamaq barədə xəbərdarlıq edib.
Sosial şəbəkələrdə yayımlanan dəstək bəyanatından sonra hadisə yerinə 6-7 arıçı gələrək arıların yığılmasına köməklik edib.
Arıların çoxunun toplandığı açıqlanıb.