Yüksək gərginlikli elektrik dirəkləri təhlükə yaradır – FOTOLARbackend

Yüksək gərginlikli elektrik dirəkləri təhlükə yaradır – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elektrik dirəkləri hər an aşıb təhlükə yarada bilər.

NOCOMMENT.az -ın Cənub cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonunun Sinovli kəndində yüksək gərginlikli elektrik dirəkləri aşmaq üzrədir.

Kənd sakinləri deyir ki, dirəklərin bu vəziyyətdə olması hər an təhlükədir:

“İndi payız fəslidir, yağış yağır torpaq qatı yumşalır və boşalır. Qarşıdan qış fəsli gəlir. Qar, çovğun olarsa dirəklər aşar. Soyuqda işıqsız qalarıq. Həm də Allah uzaq eləsin hər bir tələfat ola bilər”.

Sakinlər qısa müddətdə aidiyyəti orqanlardan dirəklərin yenilənməsini və ya təmir olunmasını xahiş edirlər.