“Yüksəliş” müsabiqəsinə qeydiyyat başladıbackend

“Yüksəliş” müsabiqəsinə qeydiyyat başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə  Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, müsabiqədə iştirak etmək istəyənlər //bit.ly/3k2CWnh saytına daxil olaraq müsabiqənin şərtləri ilə ətraflı tanış ola və qeydiyyatdan keçə bilərlər.

Əgər şəxsi kabinet mövcuddursa, müsabiqə şərtlərini qəbul edərək qeydiyyatı təsdiqləmək kifayətdir.

Qeydiyyat mərhələsini kompüterdən əlavə, smartfon və planşet vasitəsilə də tamamlamaq mümkündür. Müsabiqə və qeydiyyatla bağlı suallar yarandıqda “1820” Çağrı mərkəzinə müraciət etmək mümkündür.