Yunan keşişindən gözlənilməz təqdir – “Türklər olmasaydı, Ayasofya çoxdan dağılardı”backend

Yunan keşişindən gözlənilməz təqdir – “Türklər olmasaydı, Ayasofya çoxdan dağılardı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda keşiş Evangelos Papanikolaou “Ayasofyanı qoruyan Türklər olmasaydı, Ayasofya çoxdan dağılardı” fikirlərini bildirib.

NOCOMMENT.az xəbər verir ki, paytaxt Afina yaxınlığındakı Rafinadakı Analipseos Kilsəsində keçirilən mərasimdən sonra danışan Papanikolaou, “Ayasofya kimi böyük bir binanı kim qoruyar? Türklər qorudu” ifadələrini səsləndirib. Papanikolaou, Türklərin Kritdəki heç bir kilsəni bağlamadığını, ancaq Yunanıstanda bir çox monastır və kilsənin Othonasın əmri ilə bağlandığını da vurğulayıb.

Türklərin hakimiyyəti dövründə insanların dinlərini sərbəst yaşaya bildiklərini deyən Papanikolaou fikirlərinə bu cür davam edib:

“Ayasofyaya muzey olduğu vaxtlarda turistlər uyğun olmayan paltarlarla içəri girirdi, ancaq bundan sonra ayaqqabısız, uzun paltarda və başı örtülü daxil olacaqlar. Bu hörmət əlaməti deyilmi? Yəqin ki, bunu lənət yox, düzəliş kimi qəbul etməliyik. ”