Yunan KİV: Türk Hava Yolları şirkətlərinə sanksiya tətbiq edinbackend

Yunan KİV: Türk Hava Yolları şirkətlərinə sanksiya tətbiq edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın dəqiqə-dəqiqə izlədiyi zirvədə Türkiyənin addımları iz buraxıb. Yunan mətbuatı NATO-da alınan qərarlardan sonra Türkiyə əleyhinə yazı dərc edib.

NOCOMMENT.az xəbər verir ki, NATO Zirvəsindən sonra etiraf kimi təhlillər dərc edən Yunanıstanın “Kathimerini” qəzeti NATO-nun Türkiyəyə boyun əydiyini bildirib.

Qəzet amerikalı jurnalist Maykl Rubinin məqaləsinə yer verib.

Rubin məqaləsində Avropa Birliyinə qalmaqallı müraciət edib. O, Türk Hava Yollarına və digər türk aviaşirkətlərinə qarşı sanksiyaların tətbiq edilməsini istəyib.

“Türk hava yolları şirkətləri Kiprə turizm ticarəti ilə uçur və bundan qazanc əldə etməyə çalışırlar. Avropa buna imkan verməməlidir”.

NOCOMMENT.AZ