Yunan mətbuatı: Türkiyə qlobal gücə çevrilirbackend

Yunan mətbuatı: Türkiyə qlobal gücə çevrilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni dövrdə Türkiyə-Yunanıstan münasibətləri necə bir yol gedəcək?

NOCOMMENT.az xəbər verir ki, prezident Ərdoğanın seçkilərdə qələbə qazanmasından sonra iki ölkə arasındakı münasibətlər Yunanıstan mətbuatının gündəminə çevrilib.

Yunanıstanın aparıcı qəzetlərindən biri olan “To Vima” öz səhifəsinə iki ssenariyə yer verib.

Birinci ssenariyə görə, Ərdoğan Yunanıstan və Türkiyə arasında dialoqun təşəbbüskarı olacaq.

Xəbərə görə, bu, iki ölkə arasında gərginliyə səbəb olan problemləri həll etməsə də, münasibətlərdə daha müsbət irəliləyiş olacaq.

Digər ssenariyə görə isə iki ölkə arasında münasibətlər qeyri-müəyyən olaraq həm sakitlik, həm də gərginlik hökm sürəcək.

Xəbərdə Yeni Demokratiya Partiyasının lideri Mitsotakisin iyunun 25-də keçiriləcək seçkilərdə qalib gəldiyi təqdirdə iyulda Litvada keçiriləcək NATO Zirvə toplantısında prezident Ərdoğanla görüşmək istədiyi vurğulanıb.

Yunanıstanın xəbər saytı “I-eidiseis” Türkiyənin regional gücdən qlobal güc mərkəzinə çevrildiyini yazıb.

Xəbərdə “Ankara hərbi və diplomatik səviyyədə effektivliyini artıracaq” ifadələrinə yer verilib.

NOCOMMENT.AZ