Yunan patriarxının Ukrayna ilə bağlı sammitdə iştirakı Türkiyəni hiddətləndiribbackend

Yunan patriarxının Ukrayna ilə bağlı sammitdə iştirakı Türkiyəni hiddətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keceli bildirib ki, Ankara İsveçrədə Ukrayna ilə bağlı keçirilən sülh sammitinin təşkilatçılarından İstanbuldakı Yunan patriarxlığının başçısı Varfolomeyin yekun bəyanatı imzalaması ilə əlaqədar izahat tələb edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, İstanbuldakı Yunan Patriarxlığının İsveçrə sammitində dövlət statusu ilə iştirak etməsi, türkiyəli nazirin sammit çərçivəsində Yunanıstan Patriarxı Varfolomey ilə rəsmi görüş keçirməsi barədə məlumatlar həqiqətə uyğun deyil.