Yunan qəzetindən təkəbbürlü Türkiyə və NATO çıxışıbackend

Yunan qəzetindən təkəbbürlü Türkiyə və NATO çıxışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə İsveç arasında NATO-ya üzvlük danışıqları davam etdiyi bir vaxtda Rasmus Paludan adlı siyasətçinin Stokholm səfirliyi qarşısında “Quran-Kərim”i yandırması ilə başlayan böhran dünyanın bir nömrəli gündəmi olmaqda davam edir.

NOCOMMENT.az xəbər verir ki, Ərdoğanın İsveçlə bağlı açıqlamaları dünya mətbuatında geniş yer aldığı bir vaxtda Yunan qəzetindən qalmaqallı Türkiyə açıqlaması verilib.

Qəzet “Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzv olmasına mane olarsa, Türkiyəni xaric edin” başlığı ilə oxucularının qarşısına çıxıb.

George Monastiriakosunun məqaləsində aşağıdakı ifadələr yer alıb;

“Şimali Atlantika Müqaviləsi”nin 2-ci maddəsində deyilir ki, üzv ölkələr öz demokratik təsisatlarını gücləndirməli, sabitlik və rifah şəraitini təşviq etməli və beynəlxalq iqtisadi siyasətlərində münaqişələri aradan qaldırmalıdırlar. Prezident Ərdoğan isə son prezidentlik dövründə bunun əksini etdi.’

Türkiyənin İsveç və Finlandiyanı şantaj etdiyi iddiasının yer aldığı məqalədə ‘Bir şey dəqiqdir: Türkiyə Şimali Atlantika müqaviləsinin 2-ci maddəsini pozdu’ ifadələri yer alıb.

NOCOMMENT.AZ