Yunanıstan Akropol ziyarətçilərinin sayını məhdudlaşdıracaqbackend

Yunanıstan Akropol ziyarətçilərinin sayını məhdudlaşdıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın paytaxt Afinadakı qədim məbədi Akropol üçün ziyarətçi məhdudiyyəti tətbiq etməyə hazırlaşdığı açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Yunanıstanın mədəniyyət naziri Lina Mendoni ölkədə real FM yayımına müsahibəsində Yunanıstan Mədəniyyət Ehtiyatlarının İdarə Edilməsi və İnkişafı Təşkilatının (ODAP) gördüyü işlər nəticəsində həyata keçiriləcək pilot proqram haqqında məlumat verib.

Mendoni bu proqramın tarixi abidələrin və bu ərazilərdə çalışanların təhlükəsizliyinə töhfə verəcəyini, ziyarətçilərin təcrübəsini də artıracağını bildirib.

Araşdırmanın nəticələrinə görə, bir gündə tarixi Akropolu ziyarət edənlərin sayı 20 mini keçməməlidir.

Sentyabrın 4-dən həyata keçirilməsi planlaşdırılan pilot layihəyə əsasən, Akropol ziyarətçiləri də vaxt intervallarına görə məhdudlaşdırılacaq.

NOCOMMENT.AZ