Yunanıstan, Bolqarıstan və Rumıniya hərbi dəhliz yaratmaq qərarına gəlibbackend

Yunanıstan, Bolqarıstan və Rumıniya hərbi dəhliz yaratmaq qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın müdafiə nazirləri Nikos Dendias, Bolqarıstanın Atanas Zapryanov və Rumıniya Anxel Tilvar Vaşinqtonda keçirilən sammit zamanı NATO-nun şərq cinahında hərbi dəhliz yaradılması haqqında saziş imzalayıblar.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu saziş həm Avropa daxilində, həm də ondan kənarda hərbi personalın və texnikanın daha səmərəli mobilliyini təmin etmək məqsədi daşıyır.

NATO-nun şərq qanadından keçən yeni hərbi dəhlizin Yunanıstanın Saloniki və Aleksandrupolis kimi şəhərlərinin strateji əhəmiyyətini artıracağı gözlənilir. Müqavilənin imzalanması həm də NATO-nun yanacaq infrastrukturunun Kavala və Aleksandrupolidən Bolqarıstan və Rumıniyaya genişlənməsinə, regionun geostrateji mövqeyinin möhkəmlənməsinə yol açır.

Bu layihə mühüm resursların və hərbi texnikanın rahat hərəkətini təmin etmək üçün dörd limanı və əlaqəli infrastrukturu birləşdirəcək. Müqavilə həm də NATO-nun Rumıniyada ən böyük bazasının yaradılmasını asanlaşdırır və alyansın regionda artan hərbi mövcudluğunu nümayiş etdirir.