Yunanıstan küçələri döyüş meydanına çevrildibackend

Yunanıstan küçələri döyüş meydanına çevrildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda 57 nəfərin ölümü ilə nəticələnən qatar qəzasından sonra etirazlar davam edir.

NOCOMMENT.az xəbər verir ki, paytaxt Afinada toplaşan on minlərlə insan hökuməti istefaya çağırıb.

Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında gərginlik xeyli artıb.

Belə ki, dəmir yollarının əhalinin istifadəsinə verilməsini tələb edən nümayişçilər polislə toqquşub. Maşınlar yandırılıb, Afina küçələri döyüş meydanına çevrilib.

Etiraz aksiyasında səslənən şüarlarda səhlənkarlıq qeyd edilərək qəzanın əsl günahkarlarının üzə çıxarılması istənilib.

NOCOMMENT.AZ